...

Neftin qiymətinin azalması SOCAR-a cüzi təsir edib (ƏLAVƏ OLUNUB)

Energetika Materials 15 Aprel 2015 18:02 (UTC +04:00)
Neftin aşağı qiymətləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) gəlirlərinə cüzi təsir edib.
Neftin qiymətinin azalması SOCAR-a cüzi təsir edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Maksim Tsurkov/

Neftin aşağı qiymətləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) gəlirlərinə cüzi təsir edib. Trend-in məlumatına görə, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Bakıda "Caspian European Club"un iclasında deyib.

Onun sözlərinə görə, bu, SOCAR-ın öz neftinin böyük hissəsini daxili bazara göndərməsi ilə izah edilir: "Hasil edilən neftin 72 faizini daxili bazara göndəririk, 28 faizi isə ixrac edilir. Daxili bazarda tələbatı qarşılamaq üçün neft əsasən emala göndərilir. Azərbaycanda neft və qaz qiymətləri dövlət tərəfindən tənzimlənir".

Vitse-prezident qeyd edib: "Biz bu il həm özümüzün, həm də cəlb edilmiş vəsaitlər hesabına layihələri maliyyələşdirməyi planlaşdırırıq. Martda beynəlxalq kapital bazarlarında ümumi məbləği 750 milyon dollar olan istiqrazlar yerləşdirdik və bu vəsaitin 500 milyonu artıq Türkiyədəki "Star" NEZ-in tikintisi layihəsinin maliyyələşdirilməsinə yönəlib".

S.Qasımov əlavə edib ki, Transanadolu qaz kəməri (TANAP) layihəsinin maliyyələşdirilməsi sürətli templə həyata keçirilir.

Qeyd edək ki, ötən il şirkətin gəlirləri 40 milyard manat, mənfəəti isə 1,1 milyard manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti