...

Azərbaycanın enerji operatoru SOCAR-a olan borcunu ödəməyə başlayıb

Energetika Materials 2 İyun 2016 12:56 (UTC +04:00)
"Azərenerji" SC-nin cari borcu təqribən 348 milyon manat səviyysəində qalır.
Azərbaycanın enerji operatoru SOCAR-a olan borcunu ödəməyə başlayıb

Bakı. Maksim Tsurkov - Trend:

"Azərenerji" SC-nin cari borcu təqribən 348 milyon manat səviyysəində qalır. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

Onun sözlərinə görə, "Azərenerji"nin borcları ilə bağlı vəziyyət sabitləşmə tendensiyasına doğru gedir: "Hökumətin qəbul etdiyi borcu ödəmə mexanizminə əsasən, "Azərenerji" aprel və may aylarına olan borcunu ödəyib. I rüb üzrə borc 34 milyon manat, ötən il üzrə isə 314 milyon manat təşkil edir. Bununla da ümumi borc təqribən 348 milyon manatdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti