Bakı. Trend:
2016-cı il yanvarın 1-nə SOCAR-ın konsolidə edilmiş aktivləri 39,083 milyard manat təşkil edib.
Trend-in məlumatına görə, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov "Caspian Oil & Gas-2016" konfransında deyib.
Onun sözlərinə görə, ötən il şirkətin itkiləri 1,438 milyard manat olub: "SOCAR-ın valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi zamanı məzənnə fərqi sayəsində 3,271 milyard manat həcmində gəlir əldə etmək mümkün oldu".