Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ilin ilk yarısında mənfəəti 550 milyon dollara yaxın təşkil edib və şirkət ilin yekunlarına əsasən, həmin göstəricini saxlamağa və hətta artırmağa ümid edir.
Trend-in məlumatına görə, bu sözləri SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti, Süleyman Qasımov bu gün mətbuat konfransında deyib.