Bakı. Trend:
Dünyada neftin qiyməti öncəki gün güclü ucuzlaşmadan sonra bu gün səhər təqribən 1% düzəliş çərçivəsində qalxmaqdadır.
Trend-in məlumatına görə, sövdələşmə məlumatları bundan xəbər verir.
Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,98% artaraq 1 bareli 74,41 dollara, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,95% artaraq 1 bareli 68,25 dollara çatıb.
Öncəki gün Brent markalı neftin qiyməti 4,9% düşərək 1 bareli 72 dollardan ucuz olmuş, WTI markalı neftin qiyməti isə 5,2% düşərək 2021-ci ildən sonra ilk dəfə 1 bareli 70 dollardan ucuz olmuşdu. Kotirovkaların azalması həm də fon bazarlarının ucuzlaşması fonunda baş verib.
Bazarlardakı, hər şeydən öncə fond bazarlarındakı pessimizm bank sektorundakı problemlərlə əlaqəli idi. ABŞ-da bundan əvvəl bir neçə bank, o cümlədən Silicon Valley Bank (SVB) bağlanıb. Çərşənbə günü isə İsveçrəninən iri banklarından olan Credit Suisse ilə bağlı narahatlıqlar yaranmağa başladı. Credit Suisse-in əsas səhmdarı olan Saudi National Bank-ın tənzimləmə ilə bağlı problemlərə əsaslanaraq Credit Suisse-ə əlavə maliyyə yardımı vermə imkanını istisna etdiyinə dair məlumatdan sonra bankın səhmləri 24% ucuzlaşdı.
"Bu həftə neft qrafikləri üçün texniki itkilər mənfi tendensiya ilə birlikdə görünür, "ayı"lara cəsarət verib. Neftin qiyməti böyük ehtimalla dəyişkən qalacaq", - Bloomberg agentliyi Marex-in böyük xammal treyderi Rayan Fitsmorisdən sitat gətirir.
İnvestorlar həmçinin neft bazarına da diqqət yetirirlər. Belə ki, ABŞ-da neftin kommersiya ehtiyatları (strateji rezerv istisna olmaqla) ötən həftə 1,6 milyon barel artıb, halbuki 1,2 milyon artım gözlənilirdi.