...

Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər 35 faizə yaxın artıb

Maliyyə Materials 22 Aprel 2022 11:55 (UTC +04:00)
Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər 35 faizə yaxın artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin martında Azərbaycanda verilən kreditlərin 51,4 faizi ev təsərrüfatlarına verilən kreditlərin payına düşüb.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabat dövründə ev təsərrüfatlarına verilən kreditlərin həcmi ötən ilin mart ayı ilə müqayisədə 34,84 faiz artaraq 9,262 milyard təşkil edib.

Eyni zamanda, mart ayında ticarət və xidmət sahəsinin kreditləşməsi 22,39 faiz artaraq 3,08 milyard manata çatıb. Ticarət və xidmət sahəsinin kreditləşməsi ümumi kreditləşmənin 17,1 faizini təşkil edib.

2022-ci ilin martında Azərbaycanda iqtisadiyyatın real sektorunun kreditləşməsi ötən ilin eyni dövrü ilə müqayisədə 22,27 faiz artaraq 18,007 milyar manata bərabər olub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti