...

"Standard Insurance" şirkəti "Azercell Telekom"u seçdi

Telekommunikasiya Materials 11 Mart 2014 19:43 (UTC +04:00)
1996-cı ildə, yarandığı gündən etibarən "Azercell" şirkəti ölkəmizdə innovativ müştəri xidməti sisteminin modellərini qurmuş və həyata keçirməkdə davam edən aparıcı şirkət olub. Korporativ abunəçilərə xidmət müştəri xidmətləri sahəsinin xüsusi bir istiqaməti olmaqla, daim "Azercell" şirkətinin əsas prioritetlərindən biri olub.
"Standard Insurance" şirkəti "Azercell Telekom"u seçdi

Azərbaycan, Bakı, 11 mart /Trend/

1996-cı ildə, yarandığı gündən etibarən "Azercell" şirkəti ölkəmizdə innovativ müştəri xidməti sisteminin modellərini qurmuş və həyata keçirməkdə davam edən aparıcı şirkət olub. Korporativ abunəçilərə xidmət müştəri xidmətləri sahəsinin xüsusi bir istiqaməti olmaqla, daim "Azercell" şirkətinin əsas prioritetlərindən biri olub.

"Azercell" korporativ rabitə xidmətləri sahəsində aparıcı mövqeyə malik şirkət olaraq öz şəbəkəsi daxilində Azərbaycan iqtisadiyyatının bütün sahələrində fəaliyyət göstərən böyük sayda qeyri-hökümət təşkilatları və dövlət müəssisələrini, yerli və beynəlxalq şirkətləri birləşdirir.

Mobil Nömrə Daşınması (MND) xidmətinin tətbiqindən sonra daha bir şirkət ölkənin mobil rabitə bazarının lider şirkətinin 4,5 milyonluq ailəsinə qoşulmağa qərar verdi.

Martın 11-də MND çərçivəsində "Azercell" şirkətinin şəbəkəsinə keçən ilk korporativ abunəçi, ölkənin sığorta sahəsinin ən iri şirkətlərindən biri - "Standard İnsurance" şirkəti ilə görüş keçirilib.

"Azercell"dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, şirkətin idarə heyətinin sədri Kamal İbrahimov xüsusi diqqətə və uzun illər ərzində Azərbaycanda innovativ və keyfiyyətli xidmətlər göstərilməsi sahəsində uğurlu xidmətə görə "Azercell" şirkətinə təşəkkürünü bildirdi. Onun sözlərinə görə, "Azercell" şəbəkəsinə keçmək qərarının əsas səbəbləri yüksək səviyyəli rabitə, etibarlı siqnal, keyfiyyətli mobil İnternet və ölkədə keyfiyyət standartına çevrilmiş ən qabaqcıl müştəri xidməti səviyyəsi olmuşdur. Öz növbəsində, "Azercell" şirkətinin prezidenti Kiril Qaburiç "Azercell"in təklif etdiyi keyfiyyətli rabitə və xidmətlərinə üstünlük verdiklərinə görə şirkətə təşəkkürünü bildirdi və bütün müştərilərə yüksək-keyfiyyətli xidmət, etibarlı rabitə və innovativ məhsullar təqdim edəcəklərini söz verdi.

Xatırladaq ki, "Azercell Telekom" Mobil Nömrə Daşınması xidməti çərçivəsində qoşulma həyata keçirən ilk şirkət olub.

Hal-hazırda şirkətin 200-dən artıq müştəri xidməti mərkəzi fəaliyyət göstərir ki, burada nömrə daşınması üçün ərizələr qəbul edilir və xidməltə əlaqədar geniş məlumat təqdim olunur. Şəbəkəyə ölkə boyu 148 ekspres-ofis, 10 abunə mərkəzi və 156 diler dükanı daxildir.

"Azercell" bütün abunəçilərə ən yüksək səviyyədə xidmət göstərəcəyinə söz verir və hamını öz abunəçi şəbəkəsinə dəvət edir!

"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən "Azercell" Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan "Azercell"in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə "Azercell" ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti Asan imza sistemini tətbiq edən ilk operator oldu. "Azercell" Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti