...

Azərcell rəhbəri: Yeni operatorun meydana gəlməsi Azərbaycanda mobil rabitə bazarını genişləndirəcək

Telekommunikasiya Materials 6 Mart 2007 15:19 (UTC +04:00)
Azərcell rəhbəri: Yeni operatorun meydana gəlməsi Azərbaycanda mobil rabitə bazarını genişləndirəcək

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Yeni operatorun meydana gəlməsi Azərbaycanda ilk növbədə mobil rabitə bazarını genişləndirməyə imkan verəcək. Bu barədə bu gün Azercell BM-in baş direktoru Həlim Atəş mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda 10 illik fəaliyyəti dövründə şirkət hər vasitə ilə mobil rabitənin keyfiyyətli xidmətlərinin tətbiqinə çalışıb.

"Rəqabət bizim strategiyaya təsir etməyəcək, əvvəllər olduğu kimi, düzgün hesab etdiyimiz işimizi görəcəyik", - deyə H.Atəş qeyd edib.

Şirkət rəhbəri deyib ki, bazarda rəqabət əvvəl də mövcud olub. Belə ki, Azərbaycanda yeni Azərfon operatorunu saymadan 3 mobil operatoru (Azercell,Bakcell, Catel (CDMA)) fəaliyyət göstərir.

Ölkədə ilk mobil rabitə xidmətini 1994-cü ildə yaradılmış Bakcell BM təqdim etməyə başlayıb. 1996-cı ildə Azercell BM-in təsis olunması mobil rabitə xidmətlərinin inkişafına təkan verib və hazırda abunəçilərin sayı 2 milyonu keçir.

Əhalinin mobil rabitəyə tələbatı artır və 2005-ci ilin dekabrında nazirlik kollegiyasının qərarı ilə Azərfon BM-ə GSM, Catel BM-ə isə CDMA standartı üzrə mobil rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya verilib. Yaxın zamanlarda Azərfonun xidmətlər göstərməyə başlayacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti