...

Nazir: Yaxın zamanlarda Tarif Şurası rabitə tariflərini nəzərdən keçirəcək (video)

Telekommunikasiya Materials 10 May 2007 17:45 (UTC +04:00)
Nazir: Yaxın zamanlarda Tarif Şurası rabitə tariflərini nəzərdən keçirəcək (video)

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynli,S.Babayeva/Azərbaycanın Tarif Şurası bu yaxınlarda yerli və beynəlxalq telefon danışıqlarına olan tarifləri nəzərdən keçirəcək. Bu barədə cümə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, nazirlik tərəfindən təqdim olunmuş təkliflər paketində beynəlxalq və şəhərlərarası danışıqlara olan qiymətlərin aşağı salınmasının əvəzi olaraq aylıq abunə haqqının artırılması nəzərdə tutulub.

Yerli danışıqlara limitlərin tətbiqi yalnız Bakıda nəzərdə tutulub. Pulsuz aylıq limit 450 dəqiqə ölçüsündə təklif olunub, bu müddətin başa çatmasından sonra abunəçi danışığın hər dəqiqəsi üçün ödəməli olacaq.

Aylıq abunə haqqı təxminən 70 qəpik müəyən edildiyi halda Rabitə Nazirliyi Azərbaycanda hər stasionar telefonun maya dəyərini 3 manat məbləğində qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti