...

Kanada ABŞ ilə ticarət müharibəsinə qarşı avtomobil sektorunu dəstəkləyəcək

Turizm Materials 27 Mart 2025 03:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın baş naziri Mark Karni ölkənin avtomobil sektoruna dəstək məqsədilə “strateji fond” yaratmaq üçün 2 milyard Kanada dolları (1,4 milyard ABŞ dolları) ayıracağını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə "Market Watch" məlumat yayıb.

Karni hökuməti daxili komponentlərin istehsalını artırmaq və ABŞ sərhədindən keçmə ehtiyacını azaltmaq üçün Kanadada avtomobil hissələri istehsalı şəbəkəsi yaratmağa çalışacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu həftənin əvvəlində avtomobil sektoruna tariflər tətbiq edəcəyini bildirib. Ekspertlər bu addımın Şimali Amerikanın avtomobil təchizat zəncirlərinə ciddi təsir edəcəyini düşünür.

Mediada yayılan məlumatlara görə, Tramp çərşənbə günü avtomobil sektoruna yeni tarifləri elan edə bilər.

Xəbər lenti

Xəbər lenti