...

Lavrov: Rusiya Livana humanitar yardım tədarükünü davam etdirəcək

Dünya xəbərləri Materials 5 Mart 2014 21:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Rusiya Livana humanitar yardım tədarükünü davam etdirəcək. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Parisdə Livana dəstək Beynəlxalq qrupunun ikinci iclasında bildirib.

"2013-ci ilin aprelindən yeddi reyslə Rusiya Fövqəladə Hallar Nazirliyi Livana 253 ton humanitar yük çatdırıb, o cümlədən səyyar elektrik stansiyaları, yumşaq mebel, ərzaq məhsulları və sair ilkin tələbat malları. Bu təcrübə davam etdiriləcək", - Lavrov deyib.

O, həmçinin vurğulayıb ki, Rusiya BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının büdcəsinə suriyalı qaçqınların ehtiyaclarının təmin edilməsi üçün artıq 6,5 milyon dollar vəsait ayırıb.

Xəbər lenti

Xəbər lenti