...

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 142-yə çatıb

Dünya xəbərləri Materials 6 Fevral 2019 08:45 (UTC +04:00)

Bakı. Trend:

Braziliyanın Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "G1" portalı yerli hakimiyyətə istinadən xəbər verir. Daha əvvəl 132 nəfərin öldüyü bildirilirdi.

Bildirilir ki, həlak olanlardan 122-nin kimliyi müəyyən edilib. Daha 194 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, yanvarın 25-i Braziliyanın Minas-Jerays ştatında "Vale" şirkətinin metallurgiya sənayesinin tullantılarının olduğu suyu saxlayan bənd dağılıb.

Xəbər lenti

Xəbər lenti