...

Somalidə aeroport yolunda PARTLAYIŞ - 10 ölü

Dünya xəbərləri Materials 22 İyul 2019 19:34 (UTC +04:00)
Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.
Somalidə aeroport yolunda PARTLAYIŞ - 10 ölü

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində azı 10 nəfər ölüb.

Partlayışın aeroporta gedən şose yolda yerləşən nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verdiyi bildirilir.

Məlumata görə, hadisə partlayıcı qurğu yerləşdirilmiş avtomobildə baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti