...

Kanadada güclü qar fırtınası gözlənilir

Dünya xəbərləri Materials 5 Yanvar 2020 00:01 (UTC +04:00)
Kanadanın Atlantik vilayətlərinə güclü qar fırtınası yaxınlaşır
Kanadada güclü qar fırtınası gözlənilir

Bakı. Trend:

Kanadanın Atlantik vilayətlərinə güclü qar fırtınası yaxınlaşır.

Trend-in məlumatına görə, bu barədə Kanada Milli Hava Bürosu xəbərdarlıq yayıb.

Bildirilib ki, yanvarın 5-nə keçən gecə Yeni Şotlandiya və Nyufaundlend və Labrador vilayətlərində güclü qar yağmağa başlayacaq. Həmin vaxt ərzində 20 santimetrdən 40 santimetrədək qar yağmağı ehtimalı var ki, bu da aylıq yağıntı normasının təxminən dörddə birini təşkil edir.

Bundan əlavə, küləyin sürəti 80 km/s (22 m/s) qədər çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti