...

Putin özünə iki yeni köməkçi təyin etdi

Dünya xəbərləri Materials 24 Yanvar 2020 10:53 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin iki yeni köməkçinin təyin edilməsi ilə bağlı fərman imzalayıb.
Putin özünə iki yeni köməkçi təyin etdi

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin iki yeni köməkçinin təyin edilməsi ilə bağlı fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmana əsasən, Vladimir Medinski və Maksim Oreşkin prezidentin köməkçiləri təyin olunub.

Bundan başqa, Baş nazirin keçmiş müavini Dmitri Kozak Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Qeyd edək ki, Vladimir Medinski bundan əvvəl Mədəniyyət naziri, Maksim Oreşkin isə İqtisadi inkişaf naziri vəzifələrində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti