...

ABŞ-da koronavirusa 1 milyondan artıq insan yoluxub

Dünya xəbərləri Materials 29 Aprel 2020 00:26 (UTC +04:00)

Bakı. Trend:

ABŞ ərazisində yeni növ koronavirusa 1 milyondan artıq yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Məlumata əsasən, ölkədə koronavirusdan 57 min nəfər dünyasını dəyişib.

Bildirilir ki, ən çox yoluxma halları Nyu-York (295 106), Nyu-Cersi (113 856) və Massaçusets (56 462) ştatlarında qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti