...

Türkiyədə koronavirusdan sağalanların sayı 98 mini ötüb

Dünya xəbərləri Materials 12 May 2020 22:51 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 53 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 894 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 704 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 141 475 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 98 889 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti