...

Fransada koronavirus qurbanlarının sayı 27 mini ötüb

Dünya xəbərləri Materials 13 May 2020 22:33 (UTC +04:00)

Bakı. Trend:

Fransada yeni koronavirus pandemiyası 27,074 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi bildirib.

Hesablamalara görə, ötən 24 saat ərzində ölkədə 83 nəfər ölüb. Xəstəxanalarda 17 101 ölüm halı qeydə alınıb.

Daha 9 973 ölüm halı isə qocalar evlərində, sosial və tibbi müəssisələrdə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti