...

İranın OPEC-dəki nümayəndəsi 68 yaşında vəfat edib

Dünya xəbərləri Materials 16 May 2020 04:47 (UTC +04:00)

Bakı. Trend:

İranın Neft İxrac Edən Ölkələr Təşkilatındakı (OPEC) nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili 68 yaşinda dünyasını dəyişib.

Trend-in İRNA-ya istinadən verdiyi məlumata görə, Hüseyn Kazımpur Ərdəbili may ayının əvvəlində beyin qansızması səbəbiylə komaya düşüb.

H.K.Ərdəbili 1980-ci illərdə xarici işlər nazirinin müavini, eyni zamanda neft nazirinin müavini vəzifələrini tutub. 1990-1995-ci illərdə İranın Yaponiyadakı səfiri olub, bundan sonra İranın OPEK-dəki nümayəndəsi təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti