...

Yaponiyada fövqəladə vəziyyət vaxtından əvvəl ləğv edilə bilər

Dünya xəbərləri Materials 21 May 2020 14:03 (UTC +04:00)
Yaponiyada fövqəladə vəziyyət vaxtından əvvəl ləğv edilə bilər

Bakı. Trend:

Yaponiya ərazisində fövqəladə vəziyyət mayın 25-də tamamilə ləğv edilə bilər.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Sindzo Abe deyib.

O bildirib ki, həmin gün ekspert komissiyasının növbəti iclası nəzərdə tutulub. Nazirin sözlərinə görə, aparılan dəyərləndirmələr nəticəsində fövqəladə vəziyyətin ləğvi istisna olunmur.

Bir müddət əvvəl S.Abe ölkənin qərbindəki üç prefektura – Kioto, Osaka və Höqoda fövqəladə vəziyyətin vaxtından əvvəl başa çatdığını elan edib.

Qeyd edək ki, Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar mayın 31-dək fövqəladə vəziyyət elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti