...

Türkiyədə son sutkada koronavirusdan 8 217 nəfər sağalıb

Dünya xəbərləri Materials 5 Fevral 2021 23:23 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 110 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 26 577 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 901 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 516 889 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 217 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 404 416 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti