...

İbrahimoviç Messi və Ronaldo arasında seçim edib

Dünya xəbərləri Materials 7 Dekabr 2021 07:40 (UTC +04:00)
İbrahimoviç Messi və Ronaldo arasında seçim edib

Bakı. Trend:

İtaliyanın "Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç Lionel Messi və Kriştiano Ronaldo arasındakı rəqabətdən danışıb.

Trend-in məlumatına görə, onun sözlərini "Football Italia" nəşri dərc edib.

İdmançı bildirib ki, sözügedən iki futbolçu arasında seçim etmək çətindir, çünki hər onların hər ikisi çox güclü oyunçulardır: "Amma mən yenə də Messini seçirəm. Onunla oynamışam və onun meydanda etdiyi hər şey anadangəlmədir, məşqlə qazanılan deyil".

Qeyd edək ki, Z.İbrahimoviç 2009-2011-ci illərdə İspaniyanın "Barselona" klubunda L.Messi ilə birgə oynuyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti