...

Papua-Yeni Qvineyeda 5,0 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 25 Dekabr 2021 05:42 (UTC +04:00)
Papua-Yeni Qvineyeda 5,0 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Papua-Yeni Qvineyeda 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Mendi şəhərindən 145 km qərbdə (Sautern-Xaylends əyalətinin inzibati mərkəzi) yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti