...

Yəməndə BMT-nin 6 əməkdaşı qaçırılıb

Dünya xəbərləri Materials 13 Fevral 2022 02:51 (UTC +04:00)
Yəməndə BMT-nin 6 əməkdaşı qaçırılıb

Bakı. Trend:

Yəməndə BMT-nin humanitar qurumlarından birinin altı əməkdaşı, o cümlədən biri əcnəbi oğurlanıb.

Trend-in məlumatına görə, bu barədə "Yemen News" portalı xəbər verib.

Məlumata əsasən, onlar ölkənin cənubundakı Abyan əyalətində bir qrup silahlı şəxs tərəfindən qaçırılıb.

Onlarla birlikdə onları müşayiət edən hərbi polisin əsgərləri də naməlum istiqamətə aparılıb.

BMT nümayəndələri Abyandakı humanitar vəziyyəti öyrənmək üçün əyalətdə işgüzar səfərdə olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti