...

Papua - Yeni Qvineyada güclü zəlzələ olub

Dünya xəbərləri Materials 25 Mart 2022 07:19 (UTC +04:00)
Papua - Yeni Qvineyada güclü zəlzələ olub

Bakı. Trend:

Papua - Yeni Qvineyada 5,4 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri 76 mindən çox insanın yaşadığı Lae şəhərindən təxminən 72 kilometr şimal-qərbdə, ocağı isə 87 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti