...

Papua-Yeni Qvineya sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 1 Avqust 2022 04:36 (UTC +04:00)
Papua-Yeni Qvineya sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Papua-Yeni Qvineyanın sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Aitape şəhərindən 11 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 30 kilometr dərinlikdə olub.

Sunami təhlükəsi və xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti