...

Papua-Yeni Qvineya sahillərində 5 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 29 Avqust 2022 07:46 (UTC +04:00)
Papua-Yeni Qvineya sahillərində 5 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Papua-Yeni Qvineyanın şimal-şərqində 5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Lae şəhərindən (Morobe vilayətinin inzibati mərkəzi) 90 km şimalda yerləşib. Yeraltı təkanların ocağı 57 kilometr dərinlikdə olub.

Xəsarət alanlar, dağıntı və sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti