...

Ermənistanda media və jurnalistlərə təzyiqlər artıb - Söz Azadlığını Müdafiə Komitəsi

Dünya xəbərləri Materials 25 Oktyabr 2022 19:57 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda mediaya və jurnalistlərə təzyiqlər artıb.

Trend Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Söz Azadlığının Müdafiəsi Komitəsinin məlumatında deyilir.

"2022-ci ilin birinci rübündə jurnalistlərə və KİV-ə təsir etmək üçün 18 cəhd, məlumat almaq və yayma hüququnun pozulması ilə bağlı 20, fiziki zorakılıq ilə bağlı 2 fakt qeydə alınıb, 3 KİV nümayəndəsi xəsarət alıb. KİV-ə qarşı 9 iddia qaldırılıb", - komitənin açıqlamasında bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti