Bakı. Trend:
Papua-Yeni Qvineya ərazisində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Kandrian şəhərindən 29 km şimal-şərqdə, ocağı isə 60 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.