...

Türkiyənin HÜRKUŞ-C təyyarəsinə yeni silahlar inteqrasiya ediləcək

Dünya xəbərləri Materials 4 Sentyabr 2023 15:33 (UTC +04:00)
Türkiyənin HÜRKUŞ-C təyyarəsinə yeni silahlar inteqrasiya ediləcək

Bakı. Trend:

Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən istehsal edilən HÜRKUŞ-C yüngül hücum təyyarəsinin qanadlarına 12,7 millimetrlik ağır pulemyotlar inteqrasiya ediləcək.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, Türkiyənin "Sarsılmaz" silah şirkəti və TUSAŞ ortaqlığı ilə qurulan TRMEKATRONİK tərəfindən hazırlanan 12,7 millimetrlik ağır pulemyot Aviasiya kosmik və Texnologiya festivalı-TEKNOFEST-də nümayiş etdirilib.

Bundan əlavə, HÜRKUŞ-un bu silahlarla ilk atış sınaqları uğurla tamamlanıb və qısa zamanda uçuşu planlaşdırılır.

Qeyd edək ki, "Sarsılmaz" şirkəti tərəfindən hazırlanan və bütün texniki hissələri şirkət tərəfindən təmin edilən ağır pulemyot SAR 127 MT həm tam avtomatik işləyir, həm də fərdi şəkildə atəş aça bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti