...

Ermənistanın keçmiş prezidentinin oğlu həbs olundu

Dünya xəbərləri Materials 25 Sentyabr 2023 09:35 (UTC +04:00)
Ermənistanın keçmiş prezidentinin oğlu həbs olundu
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan 1 ay müddətinə həbs edilib.

Trend xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Koçubavev özünün sosial şəbəkə hesabında məlumat verib.

Qeyd edək ki, Levon Koçaryan hazırki Ermənistan hakimiyyətinə qarşı etiraz aksiyasında saxlanılıb. Sosial şəbəkədə yayılan görüntülərdə onun polis əməkdaşları tərəfindən döyüldüyünü əks etdirən kadrlar yayılmışdı. Lakin daha sonradan məlum olub ki, Levon dörd polis əməkdaşını döyüb.

Xatırladaq ki, İrəvanda Paşinyan hökumətindən narazı vətəndaşlar etiraz aksiyası keçirir. Onlar baş nazir Nikol Paşinyan və komandası istefaya gedənədək etirazları davam etdirəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti