...

Papua-Yeni Qvineya sahillərində 5,9 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 12 Noyabr 2023 10:28 (UTC +04:00)
Papua-Yeni Qvineya sahillərində 5,9 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Papua-Yeni Qvineya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri təxminən Rabaul şəhərindən 113 km şimal-qərbdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Zərər çəkən və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti