Bakı. Trend:
Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Mihran Poqosyan Moskvada saxlanılıb.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Qeyd olunub ki, axtarışda olan erməni general ötən gün saxlanılıb. Yaxın zamanda Poqosyanın Rusiyadan ekstradisiyası planlaşdırılır.
Mihran Poqosyan Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödənişlərini ödəməkdən yayınmada ittiham olunur.
Bundan başqa, erməni general may ayında bildirib ki, Ermənistan ərazisində anbarlardan birində tonlarla narkotik saxlanılıb. Məhz bu açıqlamasından sonra Poqosyan barəsində axtarış verilib.