Bakı. Trend:
Papua-Yeni Qvineya sahillərində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, yeraltı təkanların episentri Vevak şəhərindən 52 km şərqdə olub. Ocağı 29 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.