Bakı. Trend:
Türkiyədə noyabr ayında 6 ayrı cinayətkar təşkilata qarşı keçirilən "Kuyu" əməliyyatlarında 46 şübhəli tutulub.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Bildirilir ki, İstanbulda R.B., Samsunda N.B., Giresunda R.N. və Antalyada Ü.K., H.B. və M.H. tərəfindən idarə olunan 6 ayrı təşkilata qarşı “Kuyu-47”, Kuyu-48”, Kuyu-49” və “Kuyu-50” əməliyyatları keçirilib.
Yerlikaya jandarmanın noyabr ayında keçirdiyi bu əməliyyatlar nəticəsində 46 şübhəlinin tutulduğunu, onlardan 29-nun həbs edildiyini, 15-nin məhkəmə nəzarəti ilə azad edildiyini və 2 şübhəlinin istintaqının davam etdiyini qeyd edib.
Əməliyyatlar nəticəsində çoxlu sayda kəsici və deşici alət, qanunsuz silahlar, müxtəlif miqdarda narkotik maddələr, xarici valyuta və türk lirəsi ələ keçirilib.