...

MİT terror axtarış siyahısında qırmızı kateqoriyada yer alan şəxsi zərərsizləşdirib

Dünya xəbərləri Materials 2 Dekabr 2024 13:24 (UTC +04:00)
MİT terror axtarış siyahısında qırmızı kateqoriyada yer alan şəxsi zərərsizləşdirib
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Kəşfiyyat Təşkilatı (MİT) terror axtarış siyahısında qırmızı kateqoriyada yer alan PKK/YPG-nin “məsul” şəxslərindən olan "Yaşar Hakkari" kod adlı Yaşar Çekiki Suriyanın Tel Rifat bölgəsində zərərsizləşdirib.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, 1993-cü ildə terror təşkilatına qoşulan Y.Çekikin 2010-cu ildə Hakkarinin Çukurca rayonunda onun məsuliyyətində olan təşkilat üzvləri ilə Hantepe Jandarma Komandanlığına qarşı həyata keçirilən və 6 əsgərin şəhid olduğu hücumu təşkil etdiyi müəyyən edilib.

“Bundan əlavə, 2011-ci ildə 24 əsgərin şəhid olduğu Çukurca Jandarma Komandanlığı və Çukurca 1-ci Motoatıcı Batalyon Komandanlığına aid Kekliktepe bölgəsinə qarşı təşkil olunan terror aktlarını planlaşdırdığı və əmri verdiyi məlum olub”, - məlumatda qeyd edilib.

Məlumata əsasən, MİT Türkiyə, İraq və Suriyada təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror aktlarına görə Daxili İşlər Nazirliyinin Terror Axtarış Siyahısında qırmızı kateqoriyada yer alan və İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan Çekikin Suriyanın Şehba bölgəsində terror fəaliyyətlərinə davam etdiyini müəyyən edib.

Təqibə alınan terrorçu MİT tərəfindən təşkil edilən əməliyyat zamanı Tel Rifat bölgəsində zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti