...

İstanbulda İŞİD əməliyyatı: 12 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 6 Dekabr 2024 12:59 (UTC +04:00)
İstanbulda İŞİD əməliyyatı: 12 nəfər saxlanılıb
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 12 şübhəli saxlanılıb.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları terror təşkilatının fəaliyyətlərini ifşa etmək məqsədilə apardıqları araşdırmalarda münaqişə bölgələrindəki silahlı təşkilatlarla əlaqəsi olan İŞİD üzvü şübhəlilərin kimliyini və ünvanlarını müəyyən edib.

Məlumata əsasən, Türkiyədə terror aktı hazırlığında ola biləcəkləri nəzərə alınan 12 şübhəli eyni vaxtda təşkil edilən əməliyyat zamanı yaxalanıb. Ünvanlarda aparılan axtarışlarda bir ədəd lisenziyasız tapança, 13 güllə və çoxsayda rəqəmsal material götürülüb.

Qeyd edilib ki, şübhəlilər ifadələri alınmaq üçün polis idarəsinə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti