Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında antiterror əməliyyatı keçirib.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İraqın şimalında Kandil bölgəsində fevralın 12-də keçirilən havadan əməliyyat nəticəsində dörd, fevralın 14-də isə ölkənin Metina bölgəsində isə üç terrorçu öldürülüb.
"Türkiyə Silahlı Qüvvələri terrora qarşı qabaqlayıcı və yoxedici əməliyyatlarını davam etdirəcək", - məlumatda qeyd olunub.