...

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" Xocalı soyqırımının Avropada tanıdılması istiqamətində silsilə tədbirlər keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Yanvar 2012 18:15 (UTC +04:00)
"Dağlıq Qarabağın Azərbaycanlı İcması" fevral ayında Xocalı soyqırımının Avropada tanıdılması istiqamətində silsilə tədbirlər keçirəcək.
"Dağlıq Qarabağın Azərbaycanlı İcması" Xocalı soyqırımının Avropada tanıdılması istiqamətində silsilə tədbirlər keçirəcək

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir M.Əliyev/

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" fevral ayında Xocalı soyqırımının Avropada tanıdılması istiqamətində silsilə tədbirlər keçirəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvü Rövşən Rzayev Parlament Jurnalistlər Birliyinin üzvləri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, fevralın 20-dən sonra Almaniyada tədbirlər keçiriləcək.

"1992-ci il 26 fevralda Xocalıda zərər çəkmiş 23 nəfər körpə bir müddət Almaniyada qalıb. İndi gənc olan həmin şəxslərdən 5 nəfəri Almniyada keçiriləcək tədbirlərə qatılacaq", - o deyib.

Rzayev bildirib ki, fevralın 28-də isə icma üzvləri Belçikada tədbirlərə qatılacaq.

"Görüşlərdə Xocalı soyqırımı zamanı əsir düşmüş şəxslər də iştirak edərək öz gördüklərini danışacaqlar", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti