...

Adilə Qurbanovanın rəsmlərinin xeyriyyə sərgisi keçirilib (FOTO)

Mədəniyyət Materials 4 Noyabr 2016 13:55 (UTC +04:00)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında gənc həvəskar rəssam, IV dərəcəli skalioz xəstəliyindən əziyyət çəkən Adilə Qurbanovanın xeyriyyə sərgisi keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən 5 nömrəli Texniki Peşə Məktəbinin müəllim və şagird heyəti, Xəzər rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Reabilitasiya xəstəxanasının həkim heyəti, 181 saylı tam orta məktəbin müəllim və şagirdləri A.Qurbanovanın çəkdiyi rəsmlərlə tanış olublar.

Qeyd edək ki, A.Qurbanova dövlət tərəfindən təşkil olunmuş bir çox tədbirlərdə iştirak edib və bu tədbirlərdə fəallığına görə 30-dan çox diplom, Fəxri Fərman, təşəkkürnamə və sertifikatlarla təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti