...

“Şərqdə Ulduz” və “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmalarına şəhadətnamələr verilib (FOTO)

Gündəm Materials 11 İyul 2019 18:03 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icması və Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasına şəhadətnamələr təqdim edilib.
“Şərqdə Ulduz” və “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmalarına  şəhadətnamələr verilib (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

İyulun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icması və Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasına şəhadətnamələr təqdim edilib.

Trend-in məlumatına görə, Komitə sədrinin müavini Səyavuş Heydərov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə sağlam təməllər üzərində əsasını qoyduğu dövlət-din münasibətləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sədr müavini vurğulayıb ki, dövlət siyasətinə çevrilmiş tolerantlıq və multikulturalizm ölkəmizi dünyaya ən müasir və mütərəqqi cəmiyyət modeli kimi təqdim edir.

S.Heydərovun sözlərinə görə, dövlətimiz tərəfindən mütəmadi olaraq dini konfessiyalara maddi və mənəvi dəstək göstərilir, müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün lazımi şərait yaradılır. S.Heydərov dini icmalara fəaliyyətlərini qanunvericiliyə uyğun qurmalarını və konfessiyalar arasındakı mövcud anlayış və harmoniyaya öz töhfələrini verməyi tövsiyə edib.

Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti