...

Xaricdə münaqişə ocaqlarından qayıdan 110 nəfərdən çox azərbaycanlı məsuliyyətə cəlb edilib

Gündəm Materials 10 Dekabr 2019 12:14 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Xaricdə münaqişə ocaqlarından qayıdan Azərbaycan vətəndaşı olan kişilərin 110 nəfərdən çoxu məsuliyyətə cəlb edilib.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, hazırda proses davam edir. Onun sözlərinə görə, münaqişə ocaqlarında iştirak edən 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub: “Onlar artıq ölkəyə qayıda bilməzlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti