Bakı. Elçin Mehdiyev – Trend:
2016-cı ildən sonra Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki qeyri-qanuni silahlı birləşmələrə qoşulma halları qeydə alınmayıb.
Trend-in məlumatıma görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə deyib.
S.Heydərov vurğulayıb ki, qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar da səhv etdiklərini, aldandıqlarını etiraf ediblər:
“Məsuliyyətə cəlb olunmuş şəxslərin ifadələrindən biz bunu görürük, eləcə də onların yaxınları, qohumlarından da eşidirik”.