...

3000-dən artıq taksi dezinfeksiya edildi - BNA

Gündəm Materials 18 Mart 2020 15:24 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinə göstəriş verib.
3000-dən artıq taksi dezinfeksiya edildi - BNA

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinə göstəriş verib.

Bu barədə Trend-ə açıqlamasında Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, əksepidemik işlərin geniş formada aparılması ilə bağlı 20-dən artıq taksi şirkətinə tapşırıq verilib:

"Tapşırıqlara əsasən, Bakıda taksi kimi fəaliyyət göstərən 3 mindən artıq nəqliyyat vasitəsinin mütəmadi olaraq dezinfeksiyası təmin edilib. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq dezinfeksiya və təhlükəsizlik tədbirləri davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti