...

Eldar Həsənovun cinayət işi Baş Prokurorluğa göndərilib - RƏSMİ

Gündəm Materials 25 Avqust 2020 11:07 (UTC +04:00)
Baş Prokurorluq sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənovun barəsində olan cinayət işinin Dövlət Təhlükəsizliyi Xidmətindən alınaraq Baş Prokurorluğa verilməsi barədə vəkil Adil İsmayılovun yaydığı məlumata münasibət bildirib.
Eldar Həsənovun cinayət işi Baş Prokurorluğa göndərilib - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənovun barəsində olan cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş prokurorluğa göndərilib.

Qeyd edək ki, keçmiş səfir Eldar Həsənovun vəkili Adil İsmayılov açıqlama yayıb.

O bildirib ki, Xarici İşlər Nazirliyi əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış və Dövlət Təhlükəsziliyi Xidmətinin (DTX) İstintaq İdarəsində istintaq edilən cinayət işindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib.

Baş Prokurorluğun Mətbuat xidməti Trend-ə faktı təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti