...

Ərdoğan koronavirusa yoluxub

Gündəm Materials 5 Fevral 2022 16:24 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştammına yoluxub.

Trend xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı "Twitter" hesabında qeyd edib.

Ərdoğan bildirib ki, bu gün verdikləri COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

Prezident xəstəliyi yüngül keçirdiklərini, fəaliyyətini evdə davam etdirəcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti