Azərbaycan, Bakı, 29 dekabr / Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda bir gündə 5 nəfər zəhərlənib.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 28-də Sumqayıt şəhər sakinləri Arzu Muradova, Zöhrə Mustafayeva, Abşeron rayon sakinləri Zülfiyyə İsmiyeva, Tural Şirinov və Leyla Sultanova öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Bütün faktlarla bağlı araşdırma aparılır.