...

Dövlət Komitəsi məscidin qarşısında qəza ilə bağlı yayılan məlumata aydınlıq gətirib

Hadisə Materials 14 Noyabr 2013 17:42 (UTC +04:00)
Maştağada iki gənc qızın məscidin qarşısında, Aşura mərasimlərində iştirak edərkən avtomobillə vurulub öldürülməsi barədə yayılan xəbərlər həqiqətəuyğun deyil.
Dövlət Komitəsi məscidin qarşısında qəza ilə bağlı yayılan məlumata aydınlıq gətirib

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İzzət/

Maştağada iki gənc qızın məscidin qarşısında, Aşura mərasimlərində iştirak edərkən avtomobillə vurulub öldürülməsi barədə yayılan xəbərlər həqiqətəuyğun deyil.

Trend xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

Dövlət Komitəsinin məlumatında qeyd edilir ki, bəzi kütləvi informasiya vasitələrində bu gün səhər guya Maştağa qəsəbəsində Aşura mərasimlərində iştirak etmiş və azyaşlı kimi təqdim edilən iki qızın məscidin qarşısında avtomaşınla vurulması və nəticədə hər ikisinin həlak olması barədə informasiya yayılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olub ki, sözügedən hadisə məscidin qarşısında yox, Maştağa qəsəbəsinin yaxınlığında, yol kənarında baş verib. Hadisə zamanı vəfat edənlər ziyarət məqsədilə yola çıxmış 1994-cü və 1991-ci il təvəllüdlü Bakı şəhəri, Bakıxanov qəsəbə sakinləri olublar. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Dövlət Komitəsinin açıqlamasında həlak olmuş vətəndaşlarımızın yaxınlarına başsağlığı verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti