...

Binəqədidə karantin rejim qaydalarını pozan çay evi aşkarlanıb (FOTO)

Hadisə Materials 7 İyul 2020 10:28 (UTC +04:00)
Binəqədidə karantin rejim qaydalarını pozan çay evi aşkarlanıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan çay evi aşkarlanıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ, Binəqədi RPİ və 6-cı PB əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Biləcəri qəsəbəsi Ordubadi küçəsində “Lokomativ-Biləcəri” çay evinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 17 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icrədarı P.Bodurov 2000 manat, digərləri 200 manat cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti