...

MSK üzvünün ailəsində kriminal olay baş verib

Hadisə Materials 21 Sentyabr 2006 12:10 (UTC +04:00)

Sentybarın 20-də Mərkəzi Seçki Komissiyasının üzvü Vahid Abbasovun ailəsində şəxsi münasibətlər zəminində kriminal hadisə baş verib. Bu barədə Trend ə Bakı şəhəri, Xətai RPİ-nin 35-ci bölməsinin rəisi Cəlaləddin Qasımov məlumat verib.

Belə ki, saat 21 radələrində Bakı şəhəri, General Ə.Şıxlınski küçəsi 1-də yaşayan Vahid Abbasovun oğlu Fərid Abbasov bacısı İlahə Abbasovaya balta ilə zərbə endirib.

Hadisə ailə münaqişəsi zəminində baş verib. Fərid Abbasov hadisə yerindən qaçsa da, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisədən az sonra o həbs edilib.

Balta xəsarəti ilə xəstəxanaya çatdırılmış İlahə Abbasovanın üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Faktla əlaqədar Xətai rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti